Suriyada TARİXİ QƏRAR: SDQ müstəqil hərbi qüvvə kimi fəaliyyətini DAYANDIRDI
“Suriyа Demokratik Qüvvələri”nin (SDQ) kürd birləşmələrinin komandanı Mazlum Abdi onların buraxıldığını və Suriya ordusuna inteqrasiya ediləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.
“Suriyanın tarixində sülh, sabitlik və bərpa səhifəsini açırıq və tam məsuliyyətlə SDQ-nin müstəqil hərbi qüvvə kimi mövcudluğuna son qoyulduğunu bəyan edirik”, - deyə kürd lider Dəməşqdə Prezident Əhməd əş-Şaraa ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Abdi həmçinin qeyd edib ki, Suriyanın şimal-şərqindəki kürd muxtar administrasiyası dövlət aparatının bir hissəsinə çevriləcək.
Aysel Mətləb