Suriyada Bəşər Əsədin qohumu həbs edildi
Ötən ilin dekabrında devrilmiş Suriya Prezidenti Bəşər Əsədin əmisi oğlu Namir Badi əl-Əsəd həbs olunub.
TodayPress TV "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələri Namir Badi əl-Əsədi saxlayıb.
Əlavə məlumat hələlik açıqlanmayıb.
Daha əvvəl bildirilmişdi ki, Suriya lideri Əhməd Əş-Şaraa Moskvaya səfəri zamanı Namir Badi əl-Əsədin suriyalılara qarşı cinayətlərinə görə mühakimə olunması üçün onun təhvil verilməsini rəsmi şəkildə tələb etməyi planlaşdırıb.
Jalə Rövşən