Ştaynmayer: “Demokratiyaya bu qədər böyük təhdid heç vaxt olmamışdı”
Dünya
09.11.2025 23:50
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkəsində demokratiyaya bu səviyyədə ciddi təhlükənin Almaniyanın birləşməsindən bəri müşahidə edilmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Local” nəşri məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, əsas təhdid sağ radikal qüvvələrdən gəlir:
“Hazırda təhlükə demokratiyamıza hücum edən və əhalidən dəstək alan ifrat sağ qüvvələrdən qaynaqlanır”.
Ştaynmayer vurğulayıb ki, populistlər və ekstremistlər Almaniyanın demokratik institutlarını məsxərəyə qoyur, ictimai müzakirələri zəhərləyir və insanların qorxularından siyasi qazanc əldə edirlər. Prezidentin fikrincə, bu vəziyyətdə susmaq olmaz, çünki Almaniya demokratiyası “kapitulyasiyaya məhkum deyil”.
Qiymət Mahir
tag: Ştaynmayer,Almaniya ,Demokratiya,Populistlər ,Todaypress.tv,
