"Starship" sisteminə doqquzuncu uçuş üçün icazə verildi

"Starship" sisteminə doqquzuncu uçuş üçün icazə verildi
23.05.2025 17:25 Dünya

ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) "SpaceX" şirkətinə məxsus çoxistifadəli "Starship" nəqliyyat sisteminin doqquzuncu buraxılışı üçün yekun icazə verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Space News" nəşri məlumat yayıb.

Amerika tənzimləyici qurumunun açıqlamasında bildirilir:

“FAA, "Starship Flight 8" uçuşunda baş verən qəzanı hərtərəfli şəkildə araşdırıb və qəzanın səbəblərinin "SpaceX" tərəfindən qənaətbəxş şəkildə aradan qaldırıldığını müəyyən edib. Buna görə də "Starship" yenidən uçuşlara qayıda bilər” deyə qeyd olunur.

Qurumun məlumatına əsasən, "SpaceX" bütün ciddi təhlükəsizlik, ətraf mühitin qorunması və lisenziyalaşdırma tələblərinə tam şəkildə cavab verir.

"Starship" kosmik gəmisinin və onun çoxistifadəli sürətləndirici mərhələsinin birgə buraxılışı 26 maydan tez olmayaraq həyata keçiriləcək.

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər