"Starship" ilk dəfə orbitə buraxıldı - VİDEO

"Starship" ilk dəfə orbitə buraxıldı - VİDEO
28.09.2026 19:40 Dünya

"SpaceX" şirkəti yeni nəsil "Starship" raketini ilk dəfə orbitə buraxıb.

TodayPress TV xəbər verir ki, raket uçuş zamanı yaranan texniki çətinliyin öhdəsindən gələrək yeni "Starlink" peyklərinin ilk partiyasını uğurla orbitə yerləşdirib.

Üst pillə olan əsas "Starship" gəmisi və onun altındakı "Super Heavy" raketdaşıyıcısından ibarət 40 mərtəbə hündürlüyündəki pilotsuz raket "SpaceX"in Meksika körfəzi sahilində, Braunsvill yaxınlığındakı "Starbase" kompleksində yerləşən buraxılış meydançasından səmaya qalxıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər