Şri-Lankada çərpələng uçurtmaq qadağan edildi
Şri-Lankanın Hava Limanları və Aviasiya Xidmətləri şirkəti beynəlxalq hava limanları yaxınlığında çərpələng uçurtmağı təhlükəsizlik səbəbilə qadağan edib.
TodayPress TV xəbər verir ki, dövlət mediasının məlumatına görə, hər hansı obyektin 300 futdan yüksəkdə və 5 km radiusda uçurulması qanun pozuntusu sayılacaq və cəzalandırılacaq.
Qadağa ölkədəki bütün beş beynəlxalq hava limanına şamil olunur. Rəsmilər bu qərarın uçuşların və sərnişinlərin təhlükəsizliyi üçün vacib olduğunu bildiriblər.
Qeyd edək ki, Şri-Lankada çərpələng uçurtmaq populyar hobbilərdən biridir.
Qiymət Mahir