“SpaceX” “Starship”in yenilənmiş versiyasını sınaqdan keçirdi

“SpaceX” “Starship”in yenilənmiş versiyasını sınaqdan keçirdi
24.05.2026 06:00 Dünya

"SpaceX" şirkəti indiyədək hazırladığı ən böyük və ən güclü “Starship” kosmik gəmisinin yenilənmiş versiyasını sınaq uçuşuna göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Bildirilir ki, yenilənmiş raket Texasın cənubundan havaya qalxıb və göyərtəsində dünyanın digər tərəfində orbitə buraxılması planlaşdırılan 20 “Starlink” peykinin maketlərini daşıyıb.

Bu, İlon Maskın gələcəkdə insanları Marsa çatdırmaq məqsədilə hazırladığı raketin 12-ci sınaq uçuşu olub. Lakin bundan əvvəl Ay missiyaları və NASA-nın “Artemis” proqramı çərçivəsində uçuşların həyata keçirilməsi nəzərdə tutulur.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər