SON DƏQİQƏ: Rusiya Odessada futbol stadioununu vurdu, bir nəfər yaralandı - VİDEO

SON DƏQİQƏ: Rusiya Odessada futbol stadioununu vurdu, bir nəfər yaralandı - VİDEO
07.08.2026 17:59 Dünya

Rusiya ordusu Odessaya (Ukrayna) zərbə endirib, nəticədə "Çernomorets" futbol stadionu zədələnib.

TodayPress TV Ukrayna mediasına instinadla xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper və Odessa Şəhər Hərbi Administrasiyasının rəisi Sergey Lısak bildiriblər.

"Dam örtüyü, şüşələr və tribunalar dağıntılara məruz qalıb. İlkin məlumata görə, təəssüf ki, bir nəfər xəsarət alıb", - o deyib.

Lısak qeyd edib ki, zərbə nəticəsində şəhərin idman infrastrukturu da zərər görüb, hücumun bütün təfərrüatları və dağıntıların miqyası isə dəqiqləşdirilir.

Yerli teleqram kanallarının məlumatına görə, stadionun ətrafında yanğın baş verib, zərbələr dalğası nəticəsində isə pəncərələr sınıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər