Son 17 ilin ən böyük yanğını: 128 nəfər öldü

Son 17 ilin ən böyük yanğını: 128 nəfər öldü
28.11.2025 12:03 Dünya

Çin Mərkəzi Televiziyasının məlumatına görə, Honq-Konqdakı yaşayış kompleksində baş vermiş yanğında ölənlərin sayı 128 nəfərə çatıb, 79 nəfər isə xəsarət alıb. 

TodayPress TV xəbər verir ki, "Wang Fuk Court" adlı hündürmərtəbəli binalar kompleksində başlayan yanğın son 17 ilin ən böyük yanğını hesab olunur.

Yanğının kompleksin təmiri zamanı qurulan bambuk iskalalardan başladığı və bir binadan digərinə sürətlə keçdiyi bildirilib. 

Hadisənin səbəbləri araşdırılır. Qəsdən adam öldürmə şübhəsi ilə 3 nəfər saxlanılıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər