Somali Rusiyaya təşəkkür etdi
Somali Rusiya tərəfindən xarici borcun silinməsi qərarını tarixi səxavət aktı adlandırıb və bu jestə görə minnətdarlığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Afrika ölkəsinin Federal Parlamentinin Senat sədri Abdi Haşi Abdullahi Rusiya Federasiya Şurasının plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 700 milyon dollarlıq borcun silinməsi Somali üçün təkcə iqtisadi yükün azaldılması deyil, həm də güclü həmrəylik və dostluq jestidir.
Qiymət Mahir