Solovyov bütün MDB-də “SVO” tələb edir – “Beynəlxalq hüquqa tüpürməliyik”
Dünya
12.01.2026 12:11
"Biz hazırda nə Suriya, nə də Venesuela ilə məşğul olmalıyıq, Moskva üçün ən vacib şey onun yaxın xaricidir”.
TodayPress TV xəbər verir ki, bunu Kremlin əsas təbliğatçılarından olan Vladimir Solovyov öz verilişində deyib.
"Ermənistanda baş verənlər bizim üçün Venesuelada baş verənlərdən daha ağrılıdır. Ermənistanın itirilməsi nəhəng bir problemdir. Mərkəzi Asiyamızdakı problem bizim üçün nəhəng bir problemdir. Məqsəd və vəzifələrimizi çox aydın şəkildə ifadə etməliyik. İzah etməliyik: oyun bitdi. Beynəlxalq hüquqa tüpürməliyik”.
O deyib ki, “SVO” təkcə Ukraynada deyil, Rusiyanın “bütün nüfuz zonasında” keçirilməlidir:
“Əgər milli təhlükəsizliyimiz səbəbindən Ukrayna ərazisində “SVO” başlatmışıqsa, niyə eyni səbəblərə görə təsir zonamızın digər nöqtələrində də “SVO” başlada bilmərik?"
Solovyov, həmçinin ukraynalılara "rəhm etməməyə" çağırıb və deyib ki, əvvəlcədən qəddarlıq göstərilsəydi, müharibəni daha tez bir zamanda bitirmək olardı.
tag: Ermənistan,Rusiya,SVO,Ukrayna,Todaypress.tv,
