ŞOK məlumat sızdırıldı: ABŞ Xameneiyə sui-qəsdi nəzərdən keçirir

Dünya

21.02.2026 16:07

ABŞ İranın Ali Lideri Ayətullah Əli Xameneinin və oğlu Müctəba Xameneinin öldürülməsini İslam Respublikasındakı vəziyyəti həll etməyin mümkün yollarından biri kimi nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, “Axios” bu barədə ABŞ prezidenti Donald Trampın adı açıqlanmayan müşavirinə istinadən yazıb.  

Portal müşavirdən sitat gətirib:

"Ssenarilərdən biri Ayətullah və oğlunun, eləcə də mollaların aradan qaldırılması ilə bağlıdır. Trampın özü də daxil olmaqla heç kim sonda hansı ssenarinin seçiləcəyini bilmir".

İkinci mənbə portala bildirib ki, Xamenei və oğlunun aradan qaldırılması variantı Trampa bir neçə həftə əvvəl təqdim edilib.

Xatırladaq ki, Tehranın nüvə dosyesi üzrə İran-Amerika danışıqlarının ikinci mərhələsi 17 fevralda Cenevrədə baş tutub. Danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi irəliləyiş olduğunu bildirib və Tehranla Vaşinqtonun mümkün razılaşmanın əsasını təşkil edə biləcək mətnlər üzərində işləyəcəklərini qeyd edib.

Fevralın 19-da ABŞ prezidenti Donald Tramp Vaşinqtonda “Sülh Şurası”nın iclasında çıxış edərək bildirib ki, İranla bağlı razılaşmaya yaxın 10 gün ərzində aydınlıq gətirilə bilər. Lakin o, xəbərdarlıq edib ki, Tehran razılaşmasa, İranla "çox pis şeylər" baş verə bilər.

TodayPress TV

tag: ABŞ ,Xamenei,Müctəba Xamenei,sui-qəsd,Todaypress.tv,