Sloveniya NATO-dan çıxmaqla bağlı referendum keçirəcək

Sloveniya NATO-dan çıxmaqla bağlı referendum keçirəcək
14.04.2026 00:33 Dünya

Sloveniya Dövlət Məclisinin (parlamentin aşağı palatası) yeni sədri, "Həqiqət" Partiyasının lideri Zoran Stevanoviç ölkənin NATO-nun tərkibindən çıxması ilə bağlı referendum keçirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, Stevanoviç bu barədə Sloveniya Radio və Televiziyasına bildirib.

"Deməliyəm ki, biz xalqa NATO-dan çıxmaq məsələsi ilə bağlı referendum vəd etmişik və bu referendumu keçirəcəyik", - deyə parlamentin spikeri vurğulayıb.

Onun sözlərinə görə, Lyublyana müstəqil, suveren siyasət yürütməli, dövlətin maraqlarını prioritet olaraq qoruyub saxlamaqla bütün ölkələrlə əməkdaşlıq etməlidir:

"Biz başqalarının hərbi və diplomatik münaqişələrinə müdaxiləyə qəti şəkildə qarşı çıxacağıq, çünki Sloveniya bundan heç vaxt fayda görmür".

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər