Sistani: "Cihad” elan edəcəyik"

Dünya

23.02.2026 16:47

Ayətullah Seyid Əli Sistani ofisi İran rəsmilərinə ciddi mesaj göndərib.

TodayPress TV İraq mənbələrinə istinadən xəbər verir ki, əgər ABŞ-nin mümkün hücumu nəticəsində Ayətullah Seyid Əli Xamenei zərər görərsə, İraqda yerləşən Amerika qüvvələrinə qarşı “cihad” elan oluna bilər.

Bildirilir ki, mesaj Ayətullah Sistaninin nümayəndəsi ilə İranın Bağdaddakı səfiri Məhəmmədkazım Al-Sadiq arasında keçirilən görüşdə şifahi şəkildə çatdırılıb.

Bu mövqe iki böyük şiə dini lideri arasında xarici təhdid fonunda nadir yaxınlaşma kimi qiymətləndirilir.

Ekspertlər hesab edir ki, İrana qarşı mümkün hərbi addım təkcə siyasi yox, dini və kütləvi reaksiyalara səbəb ola bilər.

Bu isə o deməkdir ki, mümkün zərbə regionla məhdudlaşmaya bilər — böhran Yaxın Şərqin təhlükəsizlik balansını dəyişə bilər.

Qeyd edək ki, Ayətullah Seyid Əli Sistani İraqda yaşayan və dünyadakı şiə müsəlmanlar arasında ən nüfuzlu dini liderlərdən biridir.

Qiymət Mahir

tag: Seyid Əli Sistani,İran,İraq,Cihad,Elan,Todaypress.tv,