Şimali İraqda partlayışlar: İran kürd düşərgəsini hədəfə aldı - VİDEO
İran PUA-ları İraqın Ərbil şəhərində İran hökumətinə qarşı çıxan kürd silahlı birləşmələrinin obyektlərinə hücum edib.
TodayPress TV İran mediasına istinadən xəbər verir ki, partlayışlar “Darşakran” düşərgəsinin ərazisində qeydə alınıb.
Qeyd edək ki, son vaxtlar Şimali İraqın müxtəlif bölgələrində, o cümlədən Süleymaniyyə və Ərbil əyalətlərində yerləşən kürd partiyalarının qərargahları mütəmadi olaraq raket və pilotsuz uçuş aparatları ilə hücumlara məruz qalır.