Si Cinpin və Putin Trampa İranla bağlı söz verdi

Si Cinpin və Putin Trampa İranla bağlı söz verdi
24.07.2026 19:49 Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin sədri Si Cinpin Pekində keçirilən son görüş zamanı ona heç bir halda İslam Respublikasına silah verməyəcəyini və ya satmayacağını bildirib.

TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, bu öhdəlik Çin şirkətlərini də əhatə edir və o, Si Cinpinin verdiyi sözə inandığını qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin də Ukraynadakı müharibəyə baxmayaraq, İrana silah satmayacağını ona bildirib.

Tramp vurğulayıb ki, ABŞ Ukraynaya birbaşa silah satmır, silahlar NATO ölkələrinə satılır və həmin ölkələr onları tam ödənişlə alırlar. Onun sözlərinə görə, bu silahların sonradan necə paylanmasından xəbəri yoxdur.

Donald Tramp sonda qeyd edib ki, İranla bağlı adı ən çox hallanan iki böyük ölkə - Çin və Rusiyanın bu prosesdə iştirak etmədiyini düşündüyünü bildirib. O əlavə edib ki, əgər bu ölkələr İrana silah versəydilər, bu, onların maraqlarına uyğun olmazdı.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər