Si Tramp və Putinlə görüş yerini təsadüfü seçməyibmiş - Niyə məhz Şençjen

Si  Tramp və Putinlə görüş yerini təsadüfü seçməyibmiş - Niyə məhz Şençjen
18.11.2026 17:38 Dünya

Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə görüşləri üçün ölkənin texnoloji və istehsal gücünü nümayiş etdirmək məqsədilə Şençjen şəhərini seçib.

TodayPress TV xəbər verir ki, WSJ-nın məlumatına görə, Pekin bu fürsətdən istifadə edərək Çinin istehsal imkanlarını, süni intellektdən pilotsuz uçuş aparatlarına qədər müxtəlif texnologiyalar sahəsində ABŞ-ı geridə qoymaq ambisiyasını nümayiş etdirməyə çalışır.

Tez-tez ABŞ-ın Silikon Vadisi ilə müqayisə edilən Şençjen Çinin aparıcı texnologiya mərkəzlərindən biridir. “Hurun” Varlılar Siyahısına əsasən, Nyu-York istisna olmaqla, dünyanın digər şəhərləri ilə müqayisədə Şençjendə daha çox milyarder yaşayır.

“Snow Bull Capital” şirkətinin təsisçisi Teylor Oqan bu seçimin simvolik əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu, çox simvolikdir. Çin dünyaya əksər texnoloji sahələrdə lider olan bir ölkə göstərmək istəyir”.

Jalə Rövşən 

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər