"Shein" ətraf mühitlə bağlı saxta iddialara görə cərimələndi

"Shein" ətraf mühitlə bağlı saxta iddialara görə cərimələndi
04.08.2025 19:45 Dünya

Çinli geyim şirkəti "Shein" bir ay ərzində iki dəfə ətraf mühitlə bağlı yanlış reklam etdiyinə görə cərimə olunub.

TodayPress TV xəbər verir ki, İtaliyanın rəqabət orqanı AGCM "Shein"i 1 milyon avro, iyul ayında isə Fransa şirkəti 40 milyon avro cərimələyib.

Hər iki ölkə "Shein"in təkrar emal və davamlı istehsal haqqında irəli sürdüyü bəzi iddiaların yanıltıcı və əsassız olduğunu bildirib.

"Shein" bəzi məhsulları “davamlı” kimi təqdim etsə də, araşdırmalara görə bu iddiaların arxasında yetərli sübut yoxdur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər