Səudiyyə Ərəbistanından Türkiyəyə dəmir yolu xətti çəkiləcək

Dünya

23.04.2026 06:11

"Səudiyyə Ərəbistanı ilə Türkiyəni İordaniya və Suriya üzərindən birləşdirəcək dəmir yolu xətti üzrə birgə texniki-iqtisadi əsaslandırma işlərinin 2026-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır".

TodayPress TV xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının nəqliyyat naziri Saleh əl-Casir deyib.

Nazir qeyd edib ki, bu layihə ilə bağlı ortaq işlər artıq davam edir və məqsəd region ölkələri arasında nəqliyyat əlaqələrini gücləndirməkdir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu daha əvvəl Türkiyə, Suriya və İordaniyanı birləşdirəcək "müasir Hicaz dəmir yolu" layihəsinin inşasının planlaşdırıldığını açıqlamışdı. Onun sözlərinə görə, bu marşrutun gələcəkdə Səudiyyə Ərəbistanı və Omana qədər genişləndirilməsi nəzərdə tutulur.

TodayPress TV

tag: Səudiyyə Ərəbistanı , Türkiyə, İordaniya, Suriya, todaypress.tv,