Səudiyyə Ərəbistanında qalan sərnişinlərin aqibəti necə oldu? - YENİLƏNDİ
BƏƏ-nin "Flydubai" şirkətinə məxsus, Dubaydan Təl-Əvivə uçan və Səudiyyə Ərəbistanında təcili eniş edən təyyarənin sərnişinləri İsrailə gəliblər.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a Yaxın Şərqin hava hərəkətini idarəetmə xidmətlərindəki mənbə məlumat verib.
"Səudiyyə Ərəbistanının Təbuk şəhərindən gələn təyyarə Təl-Əvivdə eniş edib, reys Dubaydan gələn başqa bir təyyarə ilə həyata keçirilib", - deyə agentliyin həmsöhbəti bildirib.
Məlumata görə, İsrail hava məkanına daxil olduqdan sonra təyyarə ölkənin Hərbi Hava Qüvvələrinin "F-15" qırıcı təyyarələri tərəfindən müşayiət olunub.
***
Təl-Əvivə uçan və Səudiyyə Ərəbistanında təcili eniş edən "Flydubai" təyyarəsinin sərnişinləri təyinat məntəqəsinə yola düşüblər.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a Yaxın Şərqin hava hərəkətini idarəetmə xidmətlərindəki mənbə məlumat verib.
"Sərnişinlər Təl-Əvivə Dubaydan gələn başqa bir təyyarə ilə yola düşüblər", - deyə agentliyin həmsöhbəti bildirib.
Aysel Mətləb