ŞƏT sammitində “Tyançzin Bəyannaməsi” qəbul olunacaq

ŞƏT sammitində “Tyançzin Bəyannaməsi” qəbul olunacaq
25.08.2025 11:55 Dünya

Avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyançzin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində bir sıra yekun sənədlər, o cümlədən “Tyançzin Bəyannaməsi” qəbul ediləcək.

TodayPress TV xəbər verir ki, bunu “RİA”ya müsahibəsində Çinin Rusiyadakı səfiri Çjan Xanxuey açıqlayıb.

Onun sözlərinə görə, qəbul ediləcək bəyannamə 80 illik Qələbə və BMT-nin yaranmasının ildönümü kontekstində vahid mövqeyi əks etdirəcək. Sammitdə ŞƏT-in beynəlxalq və regional məsələlərlə bağlı ümumi mövqeyi dünyaya təqdim olunacaq.

Diplomat əlavə edib ki, təşkilatın gələcək inkişaf strategiyası da dövlətlərin konsensusu və praktiki əməkdaşlıq sahəsində iradəsi əsasında müəyyən ediləcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər