Səkkizinci mərtəbədən yıxıldı, möcüzəvi şəkildə sağ qaldı

Səkkizinci mərtəbədən yıxıldı, möcüzəvi şəkildə sağ qaldı
17.11.2026 07:50 Dünya

ABŞ-nin Corciya ştatında 21 yaşlı tələbə Kristine Sargent təxminən 20 metr hündürlükdən yıxıldıqdan sonra sağ qalıb.

TodayPress TV xəbər verir ki, gənc qız dostları ilə mənzildə rəqs edərkən ehtiyatsızlıqdan tarazlığını itirib və səkkizinci mərtəbənin pəncərəsindən aşağı düşüb.

Hadisə yerinə gələn xilasedicilər onun bud nahiyəsində açıq sınıq və döş qəfəsində yara aşkarlayıblar. Ehtimal olunur ki, qız yıxılarkən yumşaq oturacaqlı metal skamyaya dəyib və bu, zərbənin təsirini azaldıb.

Dostları polisə onun təsadüfən yıxıldığını bildiriblər. Onlardan biri hadisə yerinə gedərkən Kristinenin artıq sağ qalmadığına əmin olduğunu söyləyib.

Tələbənin atası Riçard Sargent daha sonra qızının vəziyyətinin yaxşılaşdığını bildirib. Onun sözlərinə görə, Kristine özü də sağ qalmasına hələ də inana bilmir.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər