Şeinbaum Trampın miqrasiya planına etiraz etdi

Şeinbaum Trampın miqrasiya planına etiraz etdi
05.07.2025 17:00 Dünya

Meksika Prezidenti Klaudia Şeinbaum ABŞ Prezidenti Donald Trampın yeni immiqrasiya siyasətinə və bu çərçivədə sərhəd təhlükəsizliyi və saxlama mərkəzləri üçün milyardlarla dollar ayrılmasını nəzərdə tutan büdcə planına etiraz edib.

TodayPress TV “Xinhua”ya istinadən xəbər verir ki, gündəlik brifinqində çıxış edən Şeinbaum ABŞ Nümayəndələr Palatasının təsdiqlədiyi və immiqrasiya nəzarətinə 170 milyard dollar ayıran büdcə sənədini tənqid edərək bildirib: 

“Biz bu yanaşma ilə razı deyilik. Miqrasiya məsələsi repressiya ilə deyil, inkişaf yönümlü əməkdaşlıq yolu ilə həll edilməlidir”.

O qeyd edib ki, Meksika hökuməti həm şimal, həm də cənub sərhədlərində qanunsuz keçidlərin sayını azaltmağa nail olub: 

“Dünən cəmi 220 həbsetmə olub… Bu, illər əvvəlki minlərlə hadisə ilə müqayisədə çox azdır”.

Prezident Şeinbaum vurğulayıb ki, miqrantların əksəriyyəti – təkcə meksikalılar deyil, Latın Amerikası və Karib hövzəsi ölkələrindən olanlar da uzun illərdir ABŞ-də yaşayıb və çalışıblar: 

“Onlar vicdanlı və zəhmətkeş insanlardır. Onların fəaliyyəti təkcə Meksika üçün yox, eləcə də ABŞ iqtisadiyyatı üçün böyük töhfədir”.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUN 2026
İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Azərbaycandan Ermənistana gübrə və buğda göndəriləcək? 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Bütün Xəbərlər