Səfir: "Britaniya Rusiyanın imkanlarını məhdudlaşdırmağa çalışır"

Səfir: "Britaniya Rusiyanın imkanlarını məhdudlaşdırmağa çalışır"
23.05.2025 09:39 Dünya

Böyük Britaniya Ukraynanın hərbi-dəniz qüvvələrinə dəstək verərək Qara dənizdə Rusiya donanmasının imkanlarını məhdudlaşdırmağa çalışır.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Londondakı səfiri Andrey Kelin “RİA”ya müsahibəsində bildirib.

“London bu yolla Qara dənizdə Rusiya donanmasını əl-qolunu bağlamağa çalışır, baxmayaraq ki, həmin bölgədə qüvvələr nisbəti aydın şəkildə bizim xeyrimizədir” deyə diplomat qeyd edib.

Kelin əlavə edib ki, Britaniya bu istiqamətdə fəaliyyətini Rusiya-Ukrayna müharibəsindən xeyli əvvəl, yəni hərbi əməliyyatlardan öncə başlamışdı.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər