Sanae Takaiçi xalqa müraciət etdi
Yaponiyanın Tiba prefekturasının 18 şəhərində fövqəladə təhlükəsizlik tədbirləri tətbiq edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya mediası ölkənin meteorologiya xidmətinə istinadən məlumat yayıb.
"Hazırda Çiba prefekturasının Çiba, İtikava, Funabasi, Matsudo, Sakura, Narisino, Kasiva, İtixara, Yaçiyo, Abiko, Kamaqaya, Yotsukaydo, İnzay, Sirai, Yaçima, Toqane şəhərlərində "5-ci səviyyəli şiddətli yağışlar barədə xüsusi xəbərdarlıq" elan edilib.
Bu və ətraf ərazilərdə tarixdə görünməmiş leysan yağışları müşahidə olunur. Sizdən maksimum dərəcədə sayıq olmağınızı xahiş edirik", - Yaponiyanın Baş naziri Sanae Takaiçi "X" sosial şəbəkəsində bildirib.