Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı

Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı
05.08.2026 22:18 Dünya

NATO Baş katibi Mark Rutte Ukrayna üçün təcili olaraq hava hücumundan müdafiə (HHM) vasitələrinin tapılması yollarını NATO ölkələri ilə müzakirə edir.

TodayPress TV xəbər verir ki, bu barədə Rutte Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığından sonra bəyan edib.

"Mən NATO ölkələri ilə Ukraynaya təcili ehtiyacı olan HHM vasitələrini çatdırmağa necə davam edə biləcəyimizi müzakirə edirəm", – deyə o vuurğulayıb.

Xatırladaq ki, iyulun əvvəlində Ankarada keçirilən NATO sammitində Rutte Kiyev üçün ABŞ-dən təcili olaraq HHM raketləri alacağına dair söz vermişdi.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər