Rusiyanın iki təyyarəsi Yaponiyaya soxuldu

Rusiyanın iki təyyarəsi Yaponiyaya soxuldu
17.11.2026 13:40 Dünya

Yaponiya Rusiyaya məxsus iki təyyarəni hava məkanını pozmaqda ittiham edib.

Todaypress TV xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, insidentlər noyabrın 17-də səhər saatlarında Fukuoka prefekturasının sahillərində yerləşən Okinosima adası yaxınlığında baş verib. Birinci təyyarə Bakı vaxtı ilə saat 23:07-dən 23:10-dək, ikinci təyyarə isə 23:09-dan 23:12-dək ölkənin hava məkanında olub. Buna cavab olaraq, Yaponiya Özünümüdafiə Qüvvələrinin Qərb Hava Komandanlığına məxsus qırıcılar havaya qaldırılıb. Qırıcıların ekipajları təyyarələrin pilotlarına xəbərdarlıq edib.

Todaypress TV

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər