Rusiyanın bu vilayətində ilk dəfə PUA həyəcanı elan edildi
Rusiyanın Novosibirsk vilayətində ilk dəfə pilotsuz uçuş aparatları (PUA) təhlükəsi elan olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Vahid Dövlət Fövqəladə Halların Qarşısının Alınması və Ləğvi Sistemi (RSÇS) məlumat yayıb.
Məlumatda bildirilir ki, region ərazisində PUA təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Hazırda vəziyyətlə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Kübra Musayeva