Rusiyadan Slovakiyaya neft tədarükü dayandırılıdı

Dünya

13.02.2026 15:39

Rusiyanın “Drujba” neft kəməri ilə Slovakiyaya neft tədarükü dayandırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Slovakiyanın İqtisadiyyat Nazirliyinə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, nazirlik ölkənin təxminən 90 gün üçün strateji neft və neft məhsulları ehtiyatına malik olduğunu bildirib. Qurum “Drujba” kəməri ilə tədarükün yaxın günlərdə bərpa olunacağını gözlədiyini qeyd edib və vəziyyətin respublikanın enerji təhlükəsizliyi üçün təhdid yaratmadığını vurğulayıb.

Agentliyin məlumatına əsasən, fevralın əvvəlindən etibarən “Drujba” vasitəsilə Slovakiyaya neft daxil olmur. Yanvar ayında isə tədarük həcmlərində əhəmiyyətli azalma qeydə alınıb.

“Drujba” kəməri ilə neft birbaşa Macarıstan və Slovakiyaya çatdırılır. Macarıstan üzərindən tranzit yolu ilə isə Xorvatiyaya, daha sonra Serbiyaya ötürülür.

Qiymət Mahir

tag: Rusiya,Slovakiya,Drujba,Macarıstan ,Todaypress.tv,