Rusiyadan Antalyaya uçan təyyarəyə bomba xəbərdarlığı

Rusiyadan Antalyaya uçan təyyarəyə bomba xəbərdarlığı
18.11.2026 16:06 Dünya

“Azimuth Airlines” aviaşirkətinə məxsus, Rusiyanın Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə uçan “Sukhoi Superjet 100” tipli sərnişin təyyarəsinə bomba qoyulması barədə məlumat daxil olub.

TodayPress TV-nin xarici KİV-ə istinadən verdiyi məlumata görə, Antalya hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib. Təyyarə ikinci uçuş-enmə zolağına endikdən sonra 5 nömrəli perrona, təhlükəsiz əraziyə yönləndirilib.

Təyyarədə olan 65 sərnişin və 4 ekipaj üzvü təxliyə edilib. Bundan sonra təhlükəsizlik qüvvələri təyyarədə axtarışlara başlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər