Rusiyada raket bazasında partlayış baş verdi

Dünya

28.11.2025 22:35

Rusiyanın Orenburq vilayətinin Yasnı şəhərində Strateji Raket Qoşunlarının bazası yaxınlığında partlayış baş verib.

TodayPress TV bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

İxtisaslaşmış resursların məlumatına görə, bir neçə saat əvvəl Strateji Raket Qoşunlarının poliqonundan raket buraxılışı həyata keçirilib, lakin uğursuz olub. Regional "Ural56" nəşri yerli sakinlərə istinadən bildirib ki, partlayışdan sonra göyə bənövşəyi tüstü qalxıb.

KİV-lərin yazdığına görə, hadisənin səbəbi raketin buraxılışı zamanı baş verən qəza olub – guya raket havada dağılıb.

"Ural56"nın xəbərinə görə, rəsmi qurumlar hadisə ilə bağlı şərh verməyib. Region hökuməti isə əhaliyə heç bir təhlükə olmadığını və evakuasiya planlaşdırılmadığını açıqlayıb.

TodayPress TV

tag: Rusiya,Orenburq,Strateji Raket Qoşunlarının bazası ,Partlayış,Todaypress.tv,