Rusiyada qəzada dörd nəfər öldü- Xəsarət alanlar var

Rusiyada qəzada dörd nəfər öldü- Xəsarət alanlar var
22.02.2026 05:44 Dünya

Rusiyanın Orenburq vilayətində magistral yolda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində dörd nəfər ölüb.

TodayPress TV-nin  xəbərinə görə, bu barədə regional prokurorluq məlumat yayıb.

Məlumata görə, R-239 "Kazan - Orenburq - Akbulak" avtomobil yolunun (Qazaxıstan Respublikası ilə sərhəd) 451-ci kilometrliyində "Toyota" ilə "Mazda" toqquşub. Qəza nəticəsində daha iki nəfər xəsarət alıb.

Qeyd edilir ki, prokurorluq dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı araşdırmaya başlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər