Rusiyada məscid yandırıldı
Rusiyanın Blaqoveşensk şəhərində naməlum kişi məscidi yandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, təqsirləndirən şəxs yandırıcı butulkanı məscidin girişinə ataraq qaçıb.
Şəxsin ərazidən qaçdığı ehtimal olunur.
Aynur TAC