Rusiya Yaponiyaya xəbərdarlıq etdi

Rusiya Yaponiyaya xəbərdarlıq etdi
18.07.2025 12:29 Dünya

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Yaponiyanın raketdən müdafiə sahəsində atdığı addımlar Rusiya üçün təhlükə yaratsa, Moskva cavabsız qoymayacaq.

TodayPress TV xəbər verir ki, Zaxarova "TASS"a açıqlamasında deyib:

“Əgər bu sahədə Rusiya Federasiyasının təhlükəsizliyinə risk və təhdidlər müəyyən olunarsa, əlavə tədbirlər görəcəyik".

Qeyd edək ki, iyulun 17-də Rusiya XİN, Yaponiyanın hərbçilərinin ABŞ-nin Rusiya sərhədləri yaxınlığında keçirdiyi beynəlxalq hərbi təlimlərdə iştirakı ilə bağlı Tokionun səfirliyinə rəsmi etirazını bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər