Rusiya Yaponiyaya orta mənzilli raketlərlə bağlı xəbərdarlıq etdi
Dünya
28.11.2025 10:02
"Yaponiyanın sərhəd adaları bölgəsində hücum silahı sistemləri yerləşdirməsi regional təhlükəsizlik və sabitliyi pozur, qonşu ölkələr üçün ciddi təhlükə yaradır".
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib.
Rusiyanın müşahidələri göstərir ki, Yaponiya Vaşinqtonun diktəsi ilə sistematik olaraq bu adaları, xüsusən də Okinavanı hərbi forposta çevirir və onu təkcə müdafiə deyil, həm də hücum imkanlarına malik silahlarla silahlandırır.
"Tokionun bu cür hərbi addımları regional təhlükəsizlik sahəsində gərginliyi daha da artırır, qonşu ölkələr üçün ciddi risklər yaradır və eyni zamanda Yaponiyanın bu sahədəki konkret planlarının həyata keçirilməsinə qəti cavab verməyə haqq qazandırır”, - deyə XİN sözçüsü vurğulayıb.
O qeyd edib ki, Yaponiyanın müvafiq adalarda ABŞ istehsalı olan orta mənzilli raketlər yerləşdirməsi qəbuledilməzdir:
"Biz Yaponiya rəhbərliyinin başladığı remilitarizasiya kursu kontekstində onun bütün bəyanatlarını və hərəkətlərini diqqətlə izləyirik. Əvvəllər biz dəfələrlə Tokionun bu cür siyasətinin ortaq regionumuzda sabitlik və təhlükəsizliyə mənfi təsirinə diqqət çəkmişik”.
Aysel Mətləb
tag: Rusiya,Yaponiya,Raket,Xəbərdarlıq,Todaypress.tv,
