Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirdi
Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi baş tutub.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya tərəfi Kiyevə 175 ukraynalı hərbi əsiri təhvil verib. Əvəzində Moskva Ukraynadan 175 hərbi qulluqçusunu geri qaytarıb.
Əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilib.