Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu

Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
24.08.2025 19:00 Dünya

Rusiya ilə Ukrayna arasında “146-nın 146-ya” qaydasına əsasən hərbi əsirlərin mübadiləsi baş tutub.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Rusiya hərbçiləri Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir.

“Rusiya hərbçiləri bu ölkənin Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün təhvil veriləcək”, - nazirlikdən bildirilib.

Bundan əlavə, Ukrayna tərəfi Kursk vilayətinin sakinləri olan 8 vətəndaşı Rusiya tərəfinə təhvil verib.

Rusiya Müdafiə Nazirliyinin yekunlarına görə, BƏƏ mübadilə zamanı humanitar vasitəçilik səylərini təmin edib.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər