Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi baş tuta bilər
Gələn həftə Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi baş tuta bilər.
TodayPress TV “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) diplomatları bildirib.
“Avropa rəsmiləri Vatikanın danışıqlarda potensial ev sahibi və ya vasitəçi rolu ilə bağlı müzakirələrin aparıldığını bildirir. Danışıqlar gələn həftədən başlaya bilər, baxmayaraq ki, bu, Rusiyanın bu danışıqlarda iştirak etməyə hazırlığından asılıdır” agentlik qeyd edib.
Nicat Osman