Rusiya Suriyadakı hərbi bazalarını itirir - SON DƏQİQƏ
Rəsmi Dəməşq və Moskva arasında Suriya ərazisindəki Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bir il yarımlıq danışıqlardan sonra Xmeymim və Tartusdakı Rusiya hərbi bazalarının gələcək taleyi nəhayət müəyyənləşib - tərəflər müvafiq memorandum imzalayıblar", - deyə məlumatda qeyd olunub.
Suriyanın aidiyyəti qurumu sözügedən sənədin "Rusiya ilə Suriya arasında münasibətlərdə yeni səhifə açacağına" ümid etdiyini bildirib.
Kübra Musayeva