Rusiya Slovyanskı bombaladı: Ölənlər VAR

Rusiya Slovyanskı bombaladı: Ölənlər VAR
24.07.2026 16:59 Dünya

İyulun 24-də səhər saatlarında Rusiya ordusu Ukraynanın Slovyansk şəhərinə aviasiya bombaları ilə zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində ilkin məlumata əsasən 5 nəfər həlak olub, 9 nəfər yaralanıb. Bildirilir ki, rəqəmlər dəqiqləşdirilir.

Zərbə nəticəsində 10 fərdi yaşayış evi dağılıb, bir müəssisəyə və Latviya Respublikasının fəxri konsulluğunun binasına da ziyan dəyib. Hadisə yerində axtarış-xilasetmə və nəticələrin aradan qaldırılması işləri davam etdirilir.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər