Rusiya səfiri: “Qərb Rumıniyadan istifadə edə bilər”

Rusiya səfiri: “Qərb Rumıniyadan istifadə edə bilər”
21.07.2025 05:00 Dünya

Rusiya səfiri Vladimir Lipaev bildirib ki, Qərb ölkələri Ukrayna münaqişəsinə müdaxilə məqsədilə Rumıniya ərazisindən istifadəni nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə o, “RİA”ya müsahibəsində deyib. 

Səfir Rumıniyanın sürətlə militarizasiya edildiyini və NATO ölkələrinin Rusiyaya yaxın əraziləri eskalasiyanı artırmaq üçün istifadə etdiyini deyib.

Qeyd edək ki, “The Wall Street Journal” Qərb müdafiə sənayesinin Ukraynanın silah tələblərini qarşılamaqda çətinlik çəkdiyini yazıb. Almaniya Müdafiə Nazirliyi isə “Patriot” sistemlərinin Ukraynaya çatdırılması prosesinin aylara uzana biləcəyini açıqlayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər