Rusiya: Qərbin qətnamə layihəsi nəticə verməyəcək

Rusiya: Qərbin qətnamə layihəsi nəticə verməyəcək
08.06.2025 18:30 Dünya

Rusiya İranın nüvə proqramı ilə bağlı ABŞ və “evrotrio”nun (Fransa, Almaniya və Böyük Britaniya) təqdim edəcəyi qətnamə layihəsinin uğursuz olacağını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarə Heyətinin iyun sessiyası sabah başlayır və sessiyada İranın nüvə proqramı ilə bağlı layihə müzakirəyə çıxarılacaq. Ulyanovun sözlərinə görə, ABŞ və Avropanın təqdim edəcəyi sənəd “müsbət nəticə verməyəcək”.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər