Rusiya Poltavaya kütləvi hücum etdi

Rusiya Poltavaya kütləvi hücum etdi
23.05.2025 11:00 Dünya

Mayın 23-nə keçən gecə Rusiya Poltava vilayətində pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə kütləvi hücum həyata keçirib. 

TodayPress TV xəbər verir ki, bu  barədə “RBK-Ukrayna” yazıb. 

Hücum nəticəsində dağıntılar yaranıb.

PUA qalıqları elektrik xəttini zədələyib və nəticədə 270-dən çox abonent işıqsız qalıb. Mütəxəssislər enerji təchizatının bərpası üzərində işləyirlər.

Bir nəfər yaralanıb, lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib. Partlayış dalğası 7 fərdi evə ziyan vurub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər