Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya Silahlı Qüvvələri gündüz saatlarında Odessaya hərbi təyinatlı yüklər daşıyan quru yük gəmisini dənizdə hərəkətdə olarkən vurub.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə edilən dəniz gəmilərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə davam edir.
“Bu gün gündüz saatlarında dənizdə hərəkətdə olan və Odessa limanına hərbi təyinatlı yüklər çatdıran quru yük tipli gəmi vurulub”, – deyə məlumatda qeyd olunub.
Aysel Mətləb