Rusiya Kubaya yardım edəcək
Dünya
22.02.2026 21:54
Rusiya Kubada yaranmış yanacaq böhranı fonunda bu ölkəyə yardım göstərilməsi istiqamətində işləyir.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novakın açıqlamasını “RİA” yayıb.
“Biz kömək edirik, bu istiqamətdə iş gedir, amma detalları indi açıqlamaq istəməzdim”, – deyə o, jurnalist Pavel Zarubinin sualını cavablandırarkən bildirib.
Qeyd olunur ki, kubalıların üzləşdiyi problemlər ABŞ tərəfindən faktiki olaraq tətbiq edilən neft blokadası fonunda yaranıb. Yanvarın əvvəlində ABŞ hərbçilərinin Venesuelada Prezident Nikolas Maduronun ələ keçirilməsi məqsədilə keçirdiyi əməliyyatdan sonra Havana üçün əsas neft təchizatçılarından biri olan Karakas ixracı dayandırıb. Ayın sonunda isə ABŞ Prezidenti Donald Tramp Kubaya neft ixrac edənlərə qarşı rüsumların tətbiqi imkanını nəzərdə tutan fərman imzalayıb.
Daha sonra Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov adadakı vəziyyəti həqiqətən kritik kimi qiymətləndirib.
Qiymət Mahir
tag: Tramp ,Kuba,Karakas ,ABŞ ,Rusiya ,TodayPress TV,
