Rusiya Kiyevə hücum etdi - VİDEO
Rusiya ordusunun hücumu nəticəsində Ukraynanın Kiyev vilayətinin Brovarı rayonunda yerləşən anbarlarda yanğın baş verib.
TodayPress TV xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hadisə yerində yanğınsöndürən briqadalar işləyir.
İlkin məlumata əsasən, hücum nəticəsində 65 yaşlı kişi yaralanıb.
Hazırda yanğının söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Jalə Rövşən