Rusiya irəliləyişi Ukraynanın metal yataqlarına çıxışını məhdudlaşdırır

Rusiya irəliləyişi Ukraynanın metal yataqlarına çıxışını məhdudlaşdırır
28.06.2025 11:30 Dünya

Rusiya Silahlı Qüvvələrinin irəliləməsi Ukraynanın ABŞ-yə resurs müqaviləsi çərçivəsində təklif edə biləcəyi nadir torpaq metallarının yataqlarına çıxışını məhdudlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri nə qədər çox yatağa nəzarət edirsə, Ukraynanın ABŞ-yə təklif edə biləcəyi resursların miqdarı bir o qədər azalır. Bununla belə, qəzet yazır ki, hazırda Ukraynanın hələ də istismara yararlı iki böyük litium yatağı ehtiyatda mövcuddur.

Töhfə Səməd

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər