Rusiya iki hava limanını bağladı
Moskvanın Domodedovo və Jukovski hava limanlarında təyyarələrin uçuş və enişinə məhdudiyyətlər tətbiq edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bildirilir ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Nə zaman açılacağı barədə məlumat verilməyib.
Türkan İsgəndərli