Rusiya hücumları davam etdirir: Kiyevi "tüstü sütunları" bürüdü

Rusiya hücumları davam etdirir: Kiyevi "tüstü sütunları" bürüdü
08.07.2026 16:14 Dünya

Ukrayna mənbələrinin yaydığı məlumata görə, reaktiv dronlarla həyata keçirilən silsilə hücumlardan sonra Kiyev üzərində tüstü sütunları müşahidə olunur.

TodayPress TV xəbər verir ki, şəhər meri Vitali Kliçkonun sözlərinə görə, Desnyanski rayonunda dronlar qazpaylayıcı stansiyanın yaxınlığına və bazarın yanında yerləşən üçmərtəbəli qeyri-yaşayış binasına düşüb.

Hücumlar nəticəsində 6 nəfər xəsarət alıb və onların hamısı xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, gecə saatlarında raket zərbələrinin nəticələrinin aradan qaldırılması zamanı xilasedicilər bir qadının cəsədini aşkar ediblər.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər