Rusiya Hindistanı razı sala bilmədi: Ən yeni qırıcıya “YOX” dedi

Rusiya Hindistanı razı sala bilmədi: Ən yeni qırıcıya “YOX” dedi
04.08.2026 21:05 Dünya

Hindistan Rusiyanın beşinci nəsil Su-57E qırıcılarını almaqdan imtina edib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Ölkənin Müdafiə Nazirliyinin katibi Raçeş Kumar Sinqx bildirib ki, Yeni Dehli bunun əvəzinə Hindistanda istehsal olunan Su-30MKI qırıcılarının modernləşdirilməsinə və beşinci nəsil AMCA qırıcısının hazırlanması proqramına diqqət ayıracaq.

Bundan əvvəl Moskva Hindistana Su-57E qırıcılarının satışı ilə yanaşı, onların Hindistanda istehsalını təşkil etməyi və texnologiyaların ötürülməsini də təklif edib. Lakin Yeni Dehli Rusiya ilə birgə həyata keçirilən FGFA proqramında yaşanan uğursuz təcrübədən sonra bu razılaşmadan imtina edib.

Sinqx qeyd edib ki, Hindistan hazırda Rusiya lisenziyası əsasında ölkədə istehsal olunan “Su” ailəsinə məxsus təyyarələrin modernləşdirilməsi üzərində fəal işləyir.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər